Gümrüdə qondarma “Arsax” bayrağı oğurlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasında foto və videolar yayılıb. Ermənilər onları növbəti dəfə qəzəbləndirən “türkləri” axtarırlar.
2 həftə əvvəl Gümrüdə separatçı əskisi quraşdırılıb. Bu gün isə kimsə onu təyinatı üzrə istifadə etmək üçün oğurlayıb.
Ermənilərin vay-şüvəni yerə-göyə sığmır.
“Erməni soyqırımının növbəti ildönümü ərəfəsində naməlum şəxslər Gümrüdə iki həftə əvvəl müxalifət tərəfindən qaldırılmış Arsaxın bayrağını oğurlayıblar.
Və bunu kimin etdiyinin əhəmiyyəti yoxdur. Aramızda türklər yaşayır.
Biz yenə Arsax bayrağını Gümrüdəki yerinə qaytaracağıq”, – deyə erməni sosial şəbəkələri qaynayır.
Xuraman Etibarlı,
KONKRET.az