“GünayBank”ın əməkdaşlarının maaşları ödənilmirbackend

“GünayBank”ın əməkdaşlarının maaşları ödənilmir

“GünayBank”ın əməkdaşları öz maaşlarını ala bilmirlər.

KONKRET.az Kommersant.az-a istinadən xəbər verir ki, bu barədə bankdakı mənbədən məlumat verilib. Onun sözlərinə görə, bankın lisenziyası ay tamam olmadan öncə ləğv edildiyi üçün bankın əməkdaşlarının maaşları ödənilmir. Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) tərəfindən “GünayBank”ın əməkdaşlarına bildirilib ki, cari ayı tamamlamadıqları üçün işçilərin əmək haqqı əldə etməsi mümkün deyil.

Qeyd edək ki, banka təyin oluncaq Əmanətlərin Sığortalanması Fondu (qısaca – ADİF) əməkdaşların əmək haqqısının ödənilməsində məsuliyyət daşımır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*