Günəşdə partlayış oldu – Bu gün iri dalğası yerə çata bilərbackend

Günəşdə partlayış oldu - Bu gün iri dalğası yerə çata bilər

Çərşənbə axşamı Günəşin şimal yarımkürəsində baş verən nəhəng partlayış Yerə doğru plazma dalğası göndərib.

KONKRET.az milli.az-a istinadla bildirir ki, bir milyon kilometr uzunluğundakı plazma ipliyi Yer və Ay arasındakı məsafənin iki qatından çox olub. Alimlər xəbərdarlıq ediblər ki, bu partlayışın bir hissəsi bugün Yerə çata və maqnit qasırğasına səbəb ola bilər.

Məlum olduğu kimi günəşdə baş verən partlayışların Yerə təsiri var. Bu cür partlayışlar zamanı Günəşdən kosmosa böyük miqdarda plazma və enerji atılır. Əgər bu maddələr Yerə doğru yönəlmiş olarsa, Yer atmosferinə çataraq maqnit qasırğalarına səbəb ola bilər.

NASA peyklərinin qeydə aldığı görüntülərdə Günəşdən Yer ölçüsündən 75 dəfə böyük plazma qanadlarının ayrıldığı görünür. Partlayış əsasən şimala yönəldiyi üçün onun böyük hissəsi Yeri yan keçəcək. Lakin alimlər Yerə zəif də olsa təsir edəcək hissənin olduğunu deyirlər.

Bu isə Şimal İşıqlarının görünmə ehtimalını artırır və bəzi bölgələrdə elektrik avadanlıqlarında müvəqqəti nasazlıqlara səbəb ola bilər.

Kral Rəsədxanasının astronomu Ceyk Foster bildirib ki, Günəşdəki maqnit sahələri pozulanda plazma iplikləri qırılaraq kosmosa atılır. Bu hadisələr koronal kütlə atımı adlanan plazma və maqnit sahəsinin birlikdə Günəşdən ayrılması ilə nəticələnir.

Kosmik hava fizikçisi Dr. Tamitha Skov partlayışın Yerə bir qədər toxuna biləcəyini bildirib. O qeyd edib ki, Günəşin səthində qalan izlər partlayışın müəyyən hissəsinin Yer istiqamətində hərəkət etdiyini göstərir.

Alimlər bugün zəif maqnit qasırğasının baş verəcəyini və bunun təsirlərinin bir neçə gün davam edə biləcəyini ehtimal edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*