Günlər sonra yaralanan xanımını gördü – Göz yaşlarını saxlaya bilmədi (VİDEO)backend

Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi (VİDEO)

Aktau yaxınlığında təyyarə qəzasından sonra həyat yoldaşı Müslümat Siracova ilə əlaqə saxlaya bilmədiyini deyən Nurullah Siracov bu gün ona qovuşub. 

KONKRET.az xəbər verir ki, bu barədə Yeni Klinikanın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən aydın olur ki, N. Siracov xəstəxana rəhbərliyinin müşayiəti ilə ötən gün klinikaya gətirilən həyat yoldaşına baş çəkir. Otağın qapısından onu izləyən N. Siracov göz yaşlarını saxlaya bilmir.

Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəza enişi edən təyyarədə olublar. N. Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi.

Əvvəlcə M. Siracovanın qəzada həlak olduğu bildirilsə də, sonradan onun adı sağ qalanların siyahısında açıqlandı. Bir müddət Qazaxıstanda müalicə alan M. Siracova ötən gün həyat yoldaşının müalicə olunduğu Yeni Klinikaya təxliyə olunub.//“Qafqazinfo”

N. Siracovun həyat yoldaşına qovuşmasını əks etdirən görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*