Gürcüstan Aİ-yə daxil olana qədər ölkədə islahatları DAVAM ETDİRƏCƏKbackend

Gürcüstan Aİ-yə daxil olana qədər ölkədə islahatları DAVAM ETDİRƏCƏK

Avropa İttifaqı ilin sonunda ölkəyə namizəd statusunun verilməsi barədə qərar qəbul etdikdən sonra da Gürcüstan hakimiyyəti islahatları davam etdirəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə görüşündən sonra deyib.

“Bu 12 tövsiyə ölkəmizin iddialı islahatlar gündəliyinin bir hissəsidir. Bu il islahat prosesini başa çatdırmırıq. Proses Gürcüstan Avropa Birliyinə tamhüquqlu üzv olana qədər davam edəcək”, – Darçiaşvili deyib.

Nazirin sözlərinə görə, bu gün səhər o, Tbilisidə Borrellə görüşdə ölkəsinin Aİ-nin tövsiyələrini yerinə yetirməsini müzakirə edib.

Qeyd edək ki, Borrell sentyabrın 7-də Gürcüstana səfər edib. Bu gün onun Baş nazir İrakli Qaribaşvili, Prezident Salome Zurabişvili və vətəndaş sektorunun nümayəndələri ilə görüşü nəzərdə tutulub. Görüşlərdə Gürcüstanın Aİ-yə namizəd statusu alması perspektivi və 12 tövsiyənin yerinə yetirilməsi üçün görüləcək işlər müzakirə olunacaq.

Xatırladaq ki, 2022-ci ilin iyununda Aİ liderləri Moldova və Ukraynaya namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivlərini tanıyıb, həmçinin 12 şərti yerinə yetirdikdən sonra ölkəyə namizəd statusu verməyə hazır olduqlarını bildiriblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*