Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacaq.
KONKRET.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, assosiasiyanın gündəliyində və doqquz prioritetdə nəzərdə tutulan şərtlər yerinə yetiriləcək:
“2030-cu ilədək Gürcüstan Aİ-nin tamhüquqlu üzvü olmağa namizəd ölkələr arasında ən hazır olan ölkə olacaq”, – deyə Kobaxidze bildirib.