Gürcüstan əhalisinin sayı azalıbbackend

Gürcüstan əhalisinin sayı azalıb

Ötən il Gürcüstanda əhalinin sayı azalıb. Belə ki, 2020-ci ildə ölkədə 46 min 520 uşaq doğulub, onlardan 24 min 289-u oğlan, 22 min 231-i isə qız uşaqlarıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən il 50 min 537 nəfər dünyasını dəyişib, bu da 2019-cu illə müqayisədə 8,3 faiz çoxdur. Bundan əlavə, Gürcüstanda bir il ərzində 16 min 359 nikah müqaviləsi bağlanıb. Bu göstərici 2019-cu illə müqayisədə 29,7 faiz azdır.

Eyni zamanda boşanmaların sayı da 2019-cu illə müqayisədə 31,8 faiz azalaraq 7643 təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*