Gürcüstan Ermənistanla Azərbaycana qarşı birləşir? – ŞƏRHbackend

Gürcüstan Ermənistanla Azərbaycana qarşı birləşir? - ŞƏRH

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri Tiflisin anti-Qərb siyasəti fonunda reallaşıb. Qərbdən Gürcüstana sanksiyalar və təzyiqlər həyata keçirilməsi İrəvanı da yaxın perspektivdə çətinliklərlə qarşı-qarşıya qoyur. Ermənistan Gürcüstan vasitəsilə Qərblə əlaqələr saxlayır və Fransadan göndərilən silahlar bu ölkənin ərazisi ilə daşınır”.

KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Qərb və Gürcüstan arasında münasibətlər kəskinləşib:

“Bu da Ermənistan üçün əlavə risklər yaradır. Nikol Paşinyan Gürcüstana səfərində apardığı danışıqlarda Qərbdən göndərilən mülki və hərbi yüklərin maneəsiz keçidini gələcəkdə də davam etdirilməsini təmin etmək olub. Çünki Qərblə Gürcüstan arasında siyasi böhran Qərbdən göndərilən yüklərin Ermənistana çatdırılmasında problemlər yarana bilər. Gürcüstan hakimiyyəti Paşinyanın Qərblə sıx əməkdaşlığından narahatdır. Çünki Qərbdən üz döndərən rəsmi Tiflis İrəvanda yerləşən Qərb institutlarını təhdid olaraq görür. Xüsusilə Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul edilməsindən sonra, Qərblə əməkdaşlıq edən QHT Ermənistana köçüb və buradan maliyyələşir”.

Ekspert bildirib ki, Ermənistanla Gürcüstan arasında yeni siyasi böhran baş verə bilər:

“Rəsmi Tiflis Paşinyandan İrəvana Gürcüstan əleyhinə layihələrin maliyyələşdirilməməsini istəməsi istisna deyil. Oktyabrda parlament seçkiləri yaxınlaşdıqca, gürcü hökuməti ölkədə Qərbin “rəngli inqilab” hazırladığını vurğulayıb. Bu xüsusda Paşinyanın Gürcüstan hakimiyyəti ilə razılaşmasi mümkün görünmür. Çünki, Qərbin Gürcüstanla bağlı təlimatından çıxa bilməyəcək. Bu kontekstdə yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran dərinləşməsi gözlənilir. Gürcüstan hökuməti Azərbaycan əleyhinə Ermənistanla əlaqələr qura bilməz. Əgər bu baş verərsə, Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistana deyil, Azərbaycana ehtiyacı var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*