Gürcüstan parlamenti ölkə prezidentinin impiçment məsələsini yenidən gündəmə gətirirbackend

Gürcüstan parlamenti ölkə prezidentinin impiçment məsələsini yenidən gündəmə gətirir

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası prezident Salome Zurabişvilinin impiçment proseduruna yenidən baxmaq  niyyətindədir.

KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu jurnalistlərə parlamentin spikeri Şalva Papuaşvili məlumat verib: “Parlament  impiçment prosedurunu yenidən başlatmaq qərarına gəlib”,  deyən spiker bildirib ki, deputatlar hətta parlament seçkilərinə qədər də Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Papuaşvilinin sözlərinə görə, “Gürcü arzusu” Zurabişvilinin baş nazirin razılığı olmadan həyata keçirməyə davam etdiyi xarici səfərlər səbəbindən bu addımı atıb.

Parlamentin sədri vurğulayıb ki, Zurabişvilinin səlahiyyət müddəti bu il başa çatsa da, onun  impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılması vacibdir.

Eyni zamanda o, bu məsələyə 26 oktyabr seçkilərində “Gürcü arzusu”nun parlamentdə çoxluq qazanmasından sonra baxılacağına əminliyini ifadə edib. Hökumətlə razılaşdırılmayan xarici səfərlər Zurabişvili ilə hakim partiya arasında fikir ayrılığına səbəb olub.

Keçən il “Gürcü arzusu” prezidentin impiçmenti tələbi ilə iddia qaldırıb, oktyabrda məhkəmə Zurabişvilinin qanunları pozması barədə qərar çıxarsa da, parlamentdə kifayət qədər səs toplaya bilmədiyi üçün impiçment baş tutmayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*