Gürcüstan Prezidenti 17 məhbusu əfv etdibackend

Gürcüstan Prezidenti 17 məhbusu əfv etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili 17 məhbusun əfvi haqqında akt imzalayıb, onlardan 13-ü cəza çəkməkdən tamamilə azad edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan dövlət başçısı bu gün 17 məhkumu əfv edib. Cəzaçəkmə müəssisəsində 13 məhkum, o cümlədən iki qadın cəza çəkməkdən tamamilə azad edilib. Bir qadın da daxil olmaqla dörd məhkumun qalan cəzası azaldılıb”, – məlumatda bildirilib.

Əfv olunan vətəndaşların adları göstərilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*