Gürcüstan valyutası tarixi minumumda – 1 manat 2 laridən baha oldubackend

Gürcüstan valyutası tarixi minumumda – 1 manat 2 laridən baha oldu

Gürcüstan valyutası olan larinin ABŞ dolları qarşısında məzənnəsi tarixi minimuma yaxınlaşır. Bu gün Gürcüstan Milli Bankı ABŞ dollarının məzənnəsini 3,4534 lariyə bərabər müəyyən edib ki, bu da ötən il martın 27-dən bəri ən yüksək həddir.

KONKRET.az xəbər verir ki, həmin tarixdə ölkədə ABŞ valyutasının məzənnəsi 3,4842 lariyə bərabər olub.

Maliyyə naziri Laşa Xutsişvili bildirib ki, larinin dəyərdən düşməsi əsasən qonşu Türkiyənin milli valyutası – lirənin ucuzlaşması ilə bağlıdır:

“Türkiyədə bir gündə lirə 15-16% ucuzlaşıb. Bu, Gürcüstana təsirsiz ötüşə bilməz. Milli Bank inflyasiyanın hədəf həddinə yaxın olması üçün qiymət sabitliyinə yönəlmiş fəal iş aparır”, – deyə nazir bildirib.

Xatırladaq ki, ölkənin milli valyutası ötən ilin martından – koronavirus (COVID-19) pandemiyasının başlamasından sonra kəskin ucuzlaşmağa başlayıb. bakuexo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*