Gürcüstan XİN rəhbəri səfirin istefasına mübasibət bildirdibackend

Gürcüstan XİN rəhbəri səfirin istefasına mübasibət bildirdi

Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvilinin “Xarici agentlər haqqında” qanun layihəsinə görə istefa verməsi ölkəyə və bütün gürcü diplomatlarına təhqirdir.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili çıxış edib.

“Qoça Cavaxişvili öz bəyanatı ilə istər-istəməz həm dövləti, həm uzun illər çalışdığı idarəni, həm də Gürcüstan dövlətinin maraqlarına sədaqətlə xidmət edən hər bir ləyaqətli diplomatı təhqir edib”, – Darçiaşvili “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Gürcüstanın diplomatik xidməti həmişə lazımi səviyyədə olub və ölkə qarşısında öz məsuliyyətini tam dərk edir.

“Bizim qurumun əməkdaşları Gürcüstanın Avropa gələcəyinin dönməzliyinə misilsiz töhfə veriblər və Aİ-yə inteqrasiya prosesini mütləq başa çatdıracaqlar. Bu ölkə mütləq Avropa ailəsinin layiqli və tamhüquqlu üzvünə çevriləcək. Qoça Cavaxişvili, təəssüf ki, öz qərarı ilə bu məsələdə iştirak etmək şansını əldən verdi”, – Darçiaşvili nəzərə çatdırıb.

Qeyd edək ki, Cavaxişvili bir gün əvvəl Gürcüstan parlamentində “Xarici agentlər haqqında” qanun layihəsinə baxıldığı üçün Fransa və Monakodakı səfirlikdən istefa vermək qərarına gəldiyini açıqlayıb. Onun fikrincə, mübahisəli təşəbbüs Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirir və ölkənin Avropa perspektivlərini təhlükə altına qoyur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*