Gürcüstan Zalkalianini təkzib etdi – “3+3”də iştirak edəcəyikbackend

Gürcüstan Zalkalianini təkzib etdi - “3+3”də iştirak edəcəyik

Gürcüstan Xarici İşlər Nazirliyi xarici işlər naziri David Zalkalianinin Tiflisin hansısa formada “3+3” formatında iştirakı edəcəyi ilə bağlı bəyanatını təkzib edib.

KONKRET.az xəbər verir ki, nazirlik Zalkalianinin sözlərinin mətbuat tərəfindən doğru anlaşılmadığını bildirib:

“Təəssüf ki, sosial şəbəkələrdə xarici işlər nazirinin İctimai Televiziyaya müsahibəsi yanlış interpretasiya edilir. Xarici siyasət idarəsi dəfələrlə bəyan edib ki, Rusiya ilə “3+3” formatında iştirak nəzərdən keçirilmir. Buna baxmayaraq, bilərəkdən guya nazirin Gürcüstanın nəzərdə tutulan formatda iştirakı ilə bağlı informasiya yayılır”, – deyə o bildirib./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*