“Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqı və NATO ilə münasibətlərinə aydınlıq gətirməlidir”.
KONKRET.az “Novosti Georgia”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot “Twitter” səhifəsində yazıb.
“Niyə baş nazir Qaribaşvili rusiyayönlü prosesə xidmət edir və Rusiyanın Ukraynaya qarşı dağıdıcı müharibəsini nisbiləşdirir?”.
Avroparlamentin deputatı Rasa Junkavicienė isə qısaca belə yazıb: “Qaribaşvilinin Bratislavada keçirilən forumda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin səbəbi ilə bağlı bəyanatında sanki “Moskva danışır”.
ABŞ-ın Avropadakı keçmiş ordusunun baş komandanı isə yazıb ki: “Gürcüstanın baş naziri Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi NATO-nun genişlənməsini hesab edir. Gürcüstana nə olub?
Qeyd edək ki, Bundan əvvəl Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski, eləcə də Aİ ölkələrinin diplomatik nümayəndələri respublikanın iqtisadiyyat naziri Levan Davitaşvili ilə görüşdə ictimaiyyət adından Tbilisi ilə Moskva arasında birbaşa uçuşların bərpasına görə təəssüfləndiklərini bildiriblər.
Natiq Səlim,
KONKRET.az