Gürcüstanda 15 yaşlı azərbaycanlı qız itkin düşdübackend

Gürcüstanda 15 yaşlı azərbaycanlı qız itkin düşdü

Gürcüstanın Bolnisi rayonunda yaşayan 15 yaşlı azərbaycanlı qız axtarışa verilib.

KONKRET.az Report-a istinadla xəbər verir ki, yeniyetmənin iyunun 3-də Telavi bələdiyyəsinin Qaracala kənd sakini olan 21 yaşlı gənc tərəfindən evlənmək məqsədilə qaçırıldığı bildirilir.

Gəncin atası iddia edib ki, oğlu və qız bir-birini sevirlər və bu, hər iki ailəyə məlumdur.

Polis gənclərin yerini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*