“Gürcüstanda 500 xarici agent var” – Kobaxidzebackend

"Gürcüstanda 500 xarici agent var" - Kobaxidze

Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar. Gürcüstanda etiraz əhvalı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində gürcü cəmiyyətində etiraz yoxdur və bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir.

“Biz 1 milyon 100 mindən çox səs əldə etmişik. Belə vəziyyətdə əlbəttə ki, bu cür süni etiraz cəhdlərinin heç bir perspektivi olmayacaq”, – deyə Kobaxidze vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*