Gürcüstanda 9 ölkənin iştirakı ilə hərbi təlim başladıbackend

Gürcüstanda 9 ölkənin iştirakı ilə hərbi təlim başladı

Gürcüstanda Kanada Müdafiə Nazirliyi tərəfindən təşkil olunan “Maple Arch 2023” çoxmillətli komanda qərargah təlimi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə departamentinin mətbuat xidməti məlumat verib.

“Təlimdə 9 ölkənin hərbçiləri iştirak edir. Gürcüstan Silahlı Qüvvələri Şərq Komandanlığının müxtəlif bölmələri və JTEC şəxsi heyəti ilə təmsil olunur”, – məlumatda deyilib.

Bildirilib ki, təlimin məqsədi iştirakçı ölkələr arasında qarşılıqlı uyğunluğu artırmaq, müdafiə sahəsində tərəfdaş ölkələr arasında əlaqələri dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində NATO standartlarına yaxınlaşmaq və sülhməramlı əməliyyatların həyata keçirilməsi üçün lazımi bacarıqları təkmilləşdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*