Gürcüstanda Aİ bayrağını yandıranlar cərimələndibackend

Gürcüstanda Aİ bayrağını yandıranlar cərimələndi

Gürcüstan hüquq-mühafizə orqanları bu yaxınlarda ölkə parlamenti yaxınlığında Avropa İttifaqının bayrağını yandıran beş nəfəri cərimələyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Newsgeorgia” məlumat yayıb.

Daxili İşlər Nazirliyi “Mühafizəkarlar Hərəkatı”nın lideri Zurab Maxaradze və onun dörd tərəfdaşının hər birini min lari (390 dollar) məbləğində cərimələyib. Nazirlik “bu prosesdə iştirak edən digər şəxslər barəsində qanunamüvafiq tədbirlər görüldüyünü” bildirib.

Qeyd edək ki, keçən ildən etibarən Gürcüstanda Aİ, NATO və digər beynəlxalq təşkilatın, habelə, Gürcüstanın diplomatik əlaqələri olan ölkələrin bayrağının və ya gerbinin təhqir edilməsi qanun pozuntusu sayılır. Bu hərəkətlər cərimə və 15 günə qədər inzibati azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*