Gürcüstanda azərbaycanlı kəndlilər etiraz aksiyası keçirdibackend

Gürcüstanda azərbaycanlı kəndlilər etiraz aksiyası keçirdi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Lejbədinli kəndində etiraz aksiyası keçirilir.

KONKRET.az xəbər verir ki, sakinlər kənd ərazisindəki daş karxanalarının fəaliyyətinə etiraz edirlər. Kəndlilər daş karxanalarının onlara məxsus otlaq sahələrini zəbt etdiyini, çayın məcrasını dəyişərək kəndi suvarma suyundan məhrum qoyduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində doqquzuncu daş karxanasının tikilməsinə başlanılıb. Etirazla əlaqədar Marneuli şəhər şurasının Kürtlər və Qullar ərazi vahidliyi üzrə deputatı Omar İrişov əraziyə gəlib. O, daş karxanalarından lisenziya və fəaliyyət göstərməli olduqları sahə ilə bağlı sənədlərin tələb ediləcəyini, kəndə məxsus torpaq sahəsinin zəbt edilməsinin qarşısının alınacağını deyib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*