Gürcüstanda bəzi məhdudiyyətlər ləğv edildibackend

Gürcüstanda bəzi məhdudiyyətlər ləğv edildi

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan bəzi məhdudiyyətlər aprelin 1-dən ləğv olunub.

KONKRET.az xəbər verir ki, bu gündən teatr tamaşaları və idman yarışlarının tamaşaçıların iştirakı ilə keçirilməsinə icazə verilib. Bundan başqa, uşaq əyləncə mərkəzləri və kinoteatrların fəaliyyəti bərpa edilib.

Qeyd edək ki, Gürcüstanda saat 21:00-dan 05:00-dək tətbiq edilən komendant saatı, açıq havada və ictimai nəqliyyatda qoruyucu maskadan məcburi istifadə tələbi və digər məhdudiyyətlər hələ də qüvvədə qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*