Gürcüstanda mavi sevgidən bəhs edən film etirazlara səbəb oldubackend

Gürcüstanda mavi sevgidən bəhs edən film etirazlara səbəb oldu

Gürcüstanın ilk LGBTQ filmi – Sonra biz rəqs etdik (And Then We Danced) premyerası Gürcüstanda etirazlara səbəb olub.

BBC News Rusca müxbiri Nina Axmetelinin verdiyi məlumata görə Tbilisi və Batumidə keçirilmiş etirazlarda onlarla insan saxlanılıb.

Levan Akinin çəkdiyi film gürcü rəqslərinin ifaçısı Merabın Gürcüstan Milli Rəqs Ansamblında məşq edərkən öz cinsi orientasiyasını öyrənməsindən bəhs edir.

Gürcü əslli isveçli rejissor Levan Akin Variety jurnalına müsahibəsində bildirib ki, o, bu filmdə “mühafizəkar cəmiyyətdə homoseksuallığa qarşı mübarizənin çətinliyi, yeni nəsildəki ümidlər və incənət və ənənələrin oynadığı roldan” bəhs etmək istəyib.

Cənab Akin millətçi qrupları tənqid edərək insanları Gürcüstanda “qara qüvvələrə” qarşı mübarizəyə səsləyib.

Gürcüstanın Pravoslav Kilsəsi filmin premyerasını tənqid edib və nümayişi “kilsəyə qarşı hücum” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*