Gürcüstanda məhkəmə qərar verdi: Saakaşvili 3 milyon dollardan çox pul ödəməlidirbackend

Gürcüstanda məhkəmə qərar verdi: Saakaşvili 3 milyon dollardan çox pul ödəməlidir

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini və onun keçmiş mühafizə rəisi Teymuraz Canaşiyanı onun hakimiyyəti dövründə israf edilən 9 milyon lariyə qədər (3 milyon dollardan çox) məbləği dövlət xəzinəsinə ödəmələrinə qərar verib.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “InterPressNews” xəbər agentliyi məlumat verib.

Qərar hakim Aleksandr Qzirişvili tərəfindən verilib. Müvafiq iddia ilə Gürcüstanın Maliyyə Nazirliyi məhkəməyə müraciət edib. Nazirlik iddia edib ki, Saakaşvili və Canaşiya 2025-ci ilin martında təqribən 9 milyon larini mənimsəməkdə təqsirli biliniblərsə, o zaman qeyd edilən pul dövlət xəzinəsinə qaytarılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*