Gürcüstanda ölənlərin sayı 19 nəfərə çatdıbackend

Gürcüstanda ölənlərin sayı 19 nəfərə çatdı

Gürcüstanın yüksək dağlıq ərazisində yerləşən Şovi kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, xilasedicilər daha 15 nəfərin axtarışlarını davam etdirirlər.

Avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Nəticədə körpülərə və yollara, həmçinin turist kotteclərinə və otelə ciddi ziyan dəyib. Xilasetmə əməliyyatında 4 helikopter, həmçinin 400 yanğınsöndürən və xilasedici iştirak edir. Təbii fəlakət bölgəsindən indiyədək 210 nəfər təxliyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*