Gürcüstanın Saqareco şəhərində silahlı şəxsin atəş açması nəticəsində biri polis əməkdaşı olmaqla 5 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində daha beş nəfər yaralanıb.
Məlumata görə, 1974-cü il təvəllüdlü kişi yaşayış binasındakı mənzillərdən birinin eyvanından insanlara atəş açmağa başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis hadisə yerinə gələndə silahlı şəxs onlara atəş açıb və nəticədə əməkdaşlardan biri ölüb.
Atəş açan şəxs daha sonra intihar edib.
Məlumatlara görə, hadisəni törədən keçmiş hərbçi Nodar Atuaşvilidir. Qonşular jurnalistlərə bildiriblər ki, o, psixi problemlərə görə ordudan tərxis olunub və tez-tez ailə üzvləri ilə mübahisə edib.
Ehtimal olunur ki, hücum edən şəxs Əfqanıstanda sülhməramlı missiyada iştirak etmiş keçmiş hərbçidir.
İqbal Rzayev,
KONKRET.az