Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi – Aksiyabackend

Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya

Son günlər ölkədə yanacağın qiymətinin sürətlə bahalaşmasına görə, Qori və Rustavi şəhərində avtomobil sahibləri və taksi sürücüləri etiraz aksiyası keçiriblər.

KONKRET.az xəbər verir ki, etirazçılar ölkədə yanacağın bahalaşmasına görə, höküməti ciddi nəzarət etməyə və qiymət artımı ilə bağlı xalqa cavab verməyə çağırıblar.

Etirazçılardan olan Erekle Dolidze deyib:

“Yanacağın bahalaşmasına etiraz edirik. Bu çətin vəziyyətdə ölkədə hər gün yanacağın qiyməti bahalaşır. Təbii ki, buna nəzarət dövlətin əlindədir. Ölkəyə yanacaq gətirmək üçün şirkətlər məsuliyyət daşıyır , amma hökumətdə buna ciddi nəzarət etməlidir”. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*