Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artdıbackend

Gürcüstanda sürüşmə zonasında ölənlərin sayı artdı

Gürcüstanda xilasedicilər yüksək dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində itkin düşən daha iki nəfərin meyitini tapıblar.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin infrastruktur və regional inkişaf naziri İrakli Karseladze deyib.

Beləliklə, təbii fəlakət qurbanlarının ümumi sayı 24-ə yüksəlib.

Xatırladaq ki, Şovidə torpaq sürüşməsi avqustun 3-ü baş verib. Hadisə nəticəsində körpülər dağılıb, yollara ziyan dəyib. Avqustun 7-si ölkədə matəm günü elan edilib.

Qeyd edək ki, avqustun 6-da Tbilisi meri Kaxa Kaladze sürüşmə nəticəsində tamamilə dağıldığı üçün ölkədə Şovi kurortunun artıq mövcud olmadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*