Gürcüstanda torpaq sürüşməsi: Ölənlər varbackend

Gürcüstanda torpaq sürüşməsi: Ölənlər var

Gürcüstanın qərbindəki Xulo və Keda yüksəkliklərində 2 nəfər qar uçqunu və sürüşmənin qurbanı olub.

KONKRET.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Keda rayon polis şöbəsinin kiçik inspektoru Temur Baramidze Tsoniaris kəndində torpaq sürüşməsi nəticəsində evində ölüb.

İkinci faciə Thilvani kəndində baş verib. Yaşlı ər-arvad evdə olarkən qar uçqunu bir yaşayış binasını və bir yardımçı tikilini uçurub. Qonşular yalnız kişini xilas edə biliblər.

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze hadisə ilə bağlı başsağlığı verib.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*