Gürcüstandan qaçan Poznerdən açıqlama: Qayıdacam…backend

Gürcüstandan qaçan Poznerdən açıqlama: qayıdacam...

Gürcüstan və gürcülərə qarşı heç bir incikliyim yoxdur.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Pozner deyib.

“Belə başa düşürəm ki, Gürcüstanda kəskin siyasi mübarizə gedir. Müxalifət də mənim gəlişimdən istifadə etdi. Mənim Abxaziya haqqında 3 il əvvəl dediklərimi xatırlayaraq avtobusumuza yumurta atdılar, olduğumuz restoranın yanında səs-küy saldılar, otelimizin eyvanın altında qışqırdılar. Dostlarımı təhlükəyə atmamaq üçün getməyə qərar verdim. Tam aydınlığı ilə bildirmək istəyirəm ki, gürcülərdən inciməmişəm. Ümumiyyətlə, mən fəxri kaxetiyalıyam, sözsüz ki, yenidən Gürcüstana qayıdacam”, – Pozner bildirib.

Qeyd edək ki, ötən həftə ad gününü qeyd etmək üçün Tiflisə gələn rusiyalı aparıcı Vladimir Pozner ona olan aqressiv etirazlar səbəbindən səfərini yarımçıq qoyaraq, təcili ölkəni tərk etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*