Gürcüstanın baş naziri: “Saakaşvili dovşan kimi qorxaqdır”backend

Gürcüstanın baş naziri: "Saakaşvili dovşan kimi qorxaqdır"

Gürcüstanın baş naziri Saakaşvilinin vətəninə mümkün qayıdışından danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə gürcü mediası xəbər tirajlayıb.

Baş nazir İrakli Qaribaşvili Mixeil Saakaşvili haqqında bunları deyib: “Gəlmək istəyirsə, gəlsin. 8-9 il keçdi, niyə gələ bilmir, nə düşünürsünüz? Çünki o, dovşan kimi qorxaq bir insandır”.

Qaribaşvilinin qeyd etdiyi kimi, Saakaşvilinin hər hansı bir “axmaq təxribatı” yalnız gülüş doğurur: “Saakaşvilinin gəlməsini çox istəyirəm, çox əylənəcəyik. Mən ona çox gözəl bir qalstuk kolleksiyası hazırlayacağımı və həbsxanaya, təmir edilmiş bir həbsxanaya göndərəcəyimə söz vermişdim. Saakaşvilinin taleyi budur”, – deyə Qaribaşvili bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*