Gürcüstanın eks-spikeri Rusiyadan üzr istədibackend

Gürcüstanın eks-spikeri Rusiyadan üzr istədi

Gürcüstanın eks-spikeri Nino Burcanadze Qavrilov olayına görə Moskvadan üzr istəyib.

KONKRET.az xəbər verir ki, Burcanadze bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Konstantin Kosaçevlə görüşü zamanı deyib.

“Mən bu insidentə görə üzr istəməkdən qorxmuram. Mən bu olayı ilk növbədə gürcü xalqı və dövlətinə təhqir hesab edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, cari ilin iyununda Tiflisdə Parlamentlərarası Pravoslav Assambleyasının iclası keçirilib. İclasa Rusiya nümayəndə heyəti də qatılıb.

Assambleyaya sədrlik edən rusiyalı kommunist Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturması deputatların kəskin etirazına səbəb olmuşdu. Nəticədə Tiflisdə genişmiqyaslı etiraz aksiyalarına star verilmişdi. Bunun ardınca Qavrilov Gürcüstanı təcili tərk etmiş, spiker İrakli Kobaxidze isə istefaya getmişdi. (Axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*