Gürcüstanın keçmiş baş naziri, müxalif “Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə Tiflis Şəhər Məhkəməsi qərar qəbul edib.
Qiyabi həbs qərarı “Çorçana işi” üzrə qəbul edilib.
Qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin olunub.
