Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari vəzifəsindən istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Giorgi Amilaxvari bu gün keçirdiyi brifinqində məlumat verib.
O bildirib ki, bundan sonra özəl sektorda çalışacaq.
Qeyd edək ki, Giorgi Amilaxvari Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə 2023-cü il martın 20-də təyin edilmişdi./report