Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili istefa verib.
KONKRET.AZ xəbər verir ki, bunu hökumətin iclasında baş nazir Georgi Qaxariya bildirib.
O bildirib ki, M.Batiaşvili öz xahişi ilə vəzifədən ayrılıb.
Qeyd edək ki, Mixail Batiaşvili 2018-ci ildə nazir vəzifəsinə təyin olunub.