Gürcüstanın Ukraynadakı səfiri Kiyevi TƏRK EDƏCƏKbackend

Gürcüstanın Ukraynadakı səfiri Kiyevi TƏRK EDƏCƏK

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Kiyevin ölkəni tərk etmək tövsiyəsindən sonra yaxın vaxtlarda Tbilisiyə qayıdacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından, 48 saat ərzində ölkəni tərk etmək tələbindən sonra bu ölkələr arasında münasibətlərdə gərginlik yaranıb.

Bu tələbi dövlət başçısı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb.

İyulun 4-də Gürcüstan Xarici İşlər Nazirliyi qeyd edib ki, Ukrayna hakimiyyətinin Gürcüstan səfirini ölkədən çıxarmaq qərarı ölkənin daxili işlərinə müdaxilədir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*