Hacıqabul rayonunda bir sıra evləri su basdı – Sakinlər çarəsizdir – VİDEObackend

Hacıqabul rayonunda bir sıra evləri su basdı - Sakinlər çarəsizdir - VİDEO

Hacıqabul rayonunda bir sıra evləri su basıb.

KONKRET.az xəbər verir ki, aramsız yağan yağışların nəticəsində evlərə su dolub.

Redaksiyamıza videomüraciət göndərən Asəf Cəfərov bildirir ki, Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng etsə də, köməyə gələn yoxdur.

Videodan da görünür ki, yaşayış evləri, yeni tikililər su altında qalıb. Hadisə barədə FHN-nin rayon şöbəsinə də müraciət ediləcək.

Elə evlər var ki, burada artıq yaşamaq çətinləşib. Sakinlər çıxılmaz vəziyyətə düşüb. Ev əşyaları belə suyun altında qalıb, evlərə ciddi ziyan dəyib.

Sakinlər bildirirlər ki, rayon mərkəzində illərdir kanalizasiya xətləri çəkilməyib, mövcud xətlər isə köhnəlib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*