Hacıqabulda 500 – dən çox evin vəziyyəti necədir? – Şiddətli sel bu yerləri dağıdıb…backend

Hacıqabulda 500 - dən çox evin vəziyyəti necədir? - Şiddətli sel bu yerləri dağıdıb...

Xəbər verdiyimiz kimi, Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir.

Leysan yağışlar nəticəsində fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr bərpa olunub.

Bildirilib ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar.

KONKRET.az xəbər verir ki, referans.az-a danışan Hacıqabul rayon icra başçısının müavini Xuraman Məmmədova bildirib ki, hazırda sel basmış ərazilərdə vəziyyət stabilləşdirilib, işlər davam edir:

“İndi vəziyyət normaldır, evlərdən su çəkilməsi prosesi Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Hər şey nəzarət altındadır. Dağdan gələn sel yağıntı nəticəsində baş verib. İki saat davam edən aramsız yağış həyətləri, həyətyanı sahələri basmışdı. Sel dəmiryolunu dağıdıb və ərazilərə su daxil olub. Bu təbii fəlakət idi, əslində Hacıqabul sel kimi fəlakətlərin baş verdiyi ərazi deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*