Biləsuvar rayonunda yerləşən Cəbrayıl köçkün qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Qərib Məmməd oğlunun idarə etdiyi “Xəzər” markalı 14 BF 094 dövlət nömrə nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq qəza törətməsi nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
KONKRET.az-ın məlumatına görə, hadisə nəticəsində avtomobildə olan sərnişinlər İmişli sakini, Mirqaim Tağıyev və sürcünün həyat yoldaşı, Cəbrayıl sakini, 1977-ci il təvəllüdlü Quliyeva Sahibə Vaqif qızı hadisə yerində ölüblər. Sürücü yüngül xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.