Hacıqabulda avtomobil aşdı – Ana və iki uşaq yaralandıbackend

Hacıqabulda avtomobil aşdı - Ana və iki uşaq yaralandı

Hacıqabulda qadın sürücü qəza törədib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA

  • Gülbəniz
    Oktyabr 1, 2022 - 12:10

    Allahdan çox isdemişdim canımı alsın . Çünki torpaqa verdiyimiz canlardan canım qiymətli deyil. Amma qəzanı keçirəndə hiss etdim ki , axı 2 körpəm üçün yaşamaq məcburiyyətindəyəm. Allahım o anı heç bir anaya yaşatmasın balalarımın fəryadı, və Allahımın isteyi məni qorudu. Şükür indiki halımıza.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*