Hacıqabulda avtomobil qəzaya uğradı, xəsarət alanlar varbackend

Hacıqabulda avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Hacıqabulda avtomobil qəzası olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Jiquli” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qubalı Baloğlan kənd sakinləri; 1969-cu il təvəllüdlü Talıbova İlhamə Sidqəli qızı, 1967-ci il təvəllüdlü Ağayeva Sərvinaz Sidqəli qızı, 1975-ci il təvəllüdlü Poladova Sevinc Əsgər qızı və 1994-cü il təvəllüdlü Talıbov Ruslan Həsən oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*