Hacıqabulda traktorla minik avtomobili toqquşdubackend

Hacıqabulda traktorla minik avtomobili toqquşdu

Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*