Hacıqabulda yanğın – Xəsarət alan varbackend

Hacıqabulda yanğın - Xəsarət alan var

Hacıqabul rayonunun Birinci Udullu kəndində ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb.

Bu barədə KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*