Hacıqabulda yol qəzası: Ər və arvad xəsarət aldıbackend

Hacıqabulda yol qəzası: Ər və arvad xəsarət aldı

Hacıqabul rayonunda baş verən yol qəzasında ər və arvad xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı Hacıqabul şəhər sakinləri, 1966-cı il təvəllüdlü Müslümov Şiralı Teymur oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Ağbəniz Əmrulla qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*