“Hadrutda baş verən təxribatlar ermənilərə də, ruslara da çox baha başa gələ bilər” – AÇIQLAMAbackend

"Hadrutda baş verən təxribatlar ermənilərə də, ruslara da çox baha başa gələ bilər" - AÇIQLAMA

“Son günlər Qarabağda baş verənlər bir daha onu göstərdi ki, biz ermənilər üçün 5 barmağımızın 5-ni də bal etsək də, onlar yenə də bizimlə bu cür davranacaqlar“.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib.

Onun sözlərinə görə, ermənilərin atəşkəsi pozması onlar üçün bəlaya çeviriləcək: “Yenə də ermənilər partizanlıq edir, təxribatlara əl atırlar. Bəzi ermənilər hələ də qondarma “Artsax” dövlətinin havasındadır. Bayraqlarını asıb oturublar altında. Ümid edirlər ki, onlara status veriləcək. Ermənistan düşünür ki, dünyanı və Rusiyanı Azərbaycanla üz-üzə qoyub, nəyəsə nail olacaqlar. Amma çox yanılırlar. Bəlkə də ilahi ədalətin bərpa edilməsi üçün burda Allahın bir hikməti var. Ermənilər Azərbaycanda yaşaya bilməz. Son təxribat da onu göstərdi ki, biz heç ermənilərə güvənə bilmərik. Ermənilər heç vaxt dinc dayanan deyil. Onlar bizə qarşı xain addımlarını davam etdirəcəklər. Bu ermənilərin xislətidir. Ona görə də onların hamısı bizim torpaqlardan çıxarılmalıdır”.

Firudin Məmmədov qeyd edib ki, onlar öz aləmlərində Dağlıq Qarabağ muxtar vilayətinin xəritəsi ilə ortaya çıxıblar: “Bizim xəritəyə görə Ağdərə adlı rayon, Stepanakert şəhəri yoxdur. Xankəndi qəsəbəsi var. Ona görə də burada fikir ayrılığı olacaq. Nəticədə də ermənilər çox zərər çəkəcəklər. Ruslar Hadrutla bağlı dedilər ki, ora bizim sülhməramlı missiyamıza daxil olan ərazi deyil. Əslində bizim istədiyimiz cavabdır. Çünki bu formada erməniləri o ərzilərdən vurub çıxaracağıq. Qalanları da məhv ediləcək. Ermənilər indi təşviş içindədir. Deyirlər ki, Azərbaycan Zəngəzurun, Göyçənin və İrəvanın məsələsinə başlayıblar. Əslində narahat olmaqda haqlıdırlar. Bir gün o haqq və ədalət də bərpa ediləcək. Bu təxribatlar ermənilərə də, ruslara da çox baha başa gələ bilər. Düşünürəm ki, onlar yanlış yoldadırlar”.

Deputat Nəsib Məhəməliyev vurğulyıb ki, Hadrut meşələrində gizlənmiş erməni silahlı tör-töküntülərinin 4 hərbçimizi qətlə yetirməsi daşnakların növbəti təxribatıdır: “Bu cinayət hadisəsi bir daha sübut edir ki, 100 illər bundan əvvəl klassiklər ermənilərin etibarsız millət olduqları, hətta öz imzalarından belə imtina etmələri barədə fikirlərində tam haqlıdırlar. Üçtərəfli bəyannaməyə uyğun olaraq erməni silahlı qüvvələri dekabr ayının 1-ə qədər Azərbaycan ərazilərini tamamilə tərk etməlidirlər. Rusiya sülhməramlılarının öhdəliklərindən biri prosesə nəzarət etməkdir. Ayrı-ayrı silahlı qrupların Qarabağ ərazisində qalması əldə olunmuş razılaşmaya ziddir və həmin dəstələr hüquqi baxımdan terrorçu hesab olunurlar. Yaranmış vəziyyət imkan verir ki, Azərbaycan hüquq-mühafizə orqanları anti-terror əməliyyatlarına başlasınlar. Quldurların təcili tərksilah edilməsini Rusiya sülhməramlıları başa çatdırmalıdırlar. Əks halda erməni təxribatları davamlı olacaq və nahaq qanlar töküləcək”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*