Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər sabah Pakistana rəsmi səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən agentliyə bildirilib.
Səfər çərçivəsində türkiyəli nazirlərin Pakistanın Baş naziri şahbaz Şərif tərəfindən qəbul ediləcəyi gözlənilir.
Həmçinin, Hakan Fidan pakistanlı həmkarı İshaq Dar arasında görüş keçiriləcək.
Yaşar Gülər isə Pakistanın Quru Qoşunları Komandanı Asim Münir ilə müzakirələr aparacaq.