Hakan Fidandan PKK-nın özünü buraxmasına ilk REAKSİYAbackend

Hakan Fidandan PKK-nın özünü buraxmasına ilk REAKSİYA

Türkiyənin Xarici işlər naziri Hakan Fidan PKK-nın ləğvi ilə bağlı qərarın ciddi nəticələr doğuracağını və bu addımın bölgənin sabitliyi üçün faydalı olacağını bildirib.

KONKRET.az xəbər verir ki, Nazir Fidan bu fikirləri Ankarada keçirilən mətbuat konfransında səsləndirib.

O, İordaniyanın baş nazir müavini və xarici işlər naziri Ayman Safadi eləcə də Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşdən sonra çıxış edib.

“Əgər bu qərar səmimi şəkildə icra olunarsa, hər kəs üçün xeyirli nəticələr verəcək. Qərardan sonra həyata keçiriləcək əməli addımları yaxından izləyəcəyik”, – deyə Fidan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*