Hakerlər 37 milyon abunəçinin məlumatlarını OĞURLADIbackend

Hakerlər 37 milyon abunəçinin məlumatlarını OĞURLADI

ABŞ-ın “TMobile” mobil operatorunun 37 milyona yaxın abunəçisinin şəxsi məlumatları haker hücumu nəticəsində oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, mobil operatorun sistemləri ötən il noyabrın sonunda sındırılıb və bu barədə yalnız yanvarın 5-də məlum olub.

Kiberhücum nəticəsində hakerlər mobil operatorun 37 milyon abunəçisinin şəxsi məlumatlarına, o cümlədən rabitə xidmətlərindən istifadə üçün hesablaşma ünvanlarına, telefon nömrələrinə və doğum tarixlərinə giriş əldə ediblər.

Şirkətin mütəxəssisləri ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək daxili araşdırma aparır.

Qeyd olunub ki, “T-Mobile” 2018, 2019 və 2021-ci illərdə çoxsaylı kiberhücumların hədəfi olub. Mobil operatorun xidmətlərindən 110 milyona yaxın abunəçi istifadə edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*