Hakerlər 415 milyon dollar OĞURLADIbackend

Hakerlər 415 milyon dollar OĞURLADI

Müflis olmuş kriptovalyuta birjası FTX bildirib ki, hakerlər onun hesabından 415 milyon dollar çıxarıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin hüquqşünaslarının hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, “FTX.com” beynəlxalq şirkətindən 323 milyon dollar, ABŞ bölməsindən isə 90 milyon dollar oğurlanıb. Bundan əlavə, “Alameda Research” hedcinq fondundan 2 milyon dollar çıxarılıb.

Oğurluğun 2022-ci ilin noyabrında birjanın çökməsindən sonra sistemin sındırılması ilə əlaqəli olduğu güman edilir.

Məlumata görə, FTX-nin bərpa edilməli olan likvid aktivlərinin məbləği 5,5 milyard dollardır. Bu rəqəmə FTX-nin qurucusu Sem BankmanFridin Baham adalarında yüz milyonlarla dollar dəyərində olan əmlakı daxildir.

Qeyd edək ki, noyabrın əvvəlində FTX tviterdə iflas etdiyini və baş direktor BankmanFridin istefa verdiyini elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*