Hakerlər Navalnıya görə HƏRƏKƏTƏ KEÇDİLƏR – Bu heç kimin ağlına gəlməzdibackend

Hakerlər Navalnıya görə HƏRƏKƏTƏ KEÇDİLƏR – Bu heç kimin ağlına gəlməzdi

Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının həbsxanada ölməsindən sonra bir qrup haker Kremldən qisas almaq niyyətinə düşüb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, onlar öncə Rusiya penitensiar sistemi ilə əlaqədar olan kompüter şəbəkəsinə daxil olaraq Navalnının fotosunu yerləşdiriblər.

Sonra 800 minə yaxın rusiyalı məhbus, onların qohumları və əlaqələri, o cümlədən, Navalnının vəfat etdiyi həbsxanada saxlanılanların məlumatları bazadan oğurlanıb.

Rus mühacirlər və ukraynalı mütəxəssislərdən təşkil olunmuş haker qrupu Navalnının məhbəs yoldaşlarının, dustaqların qohumlarının telefon nömrələri və e-poçt ünvanlarını sosial şəbəkələrdə paylaşıblar. Onlar ümid edir ki, kimsə onlarla əlaqə saxlaya və Navalnının əslində hansı şəraitdə öldürüldüyünü açıqlaya bilər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*