Hakimi ilin ən yaxşı ərəb idmançısı seçildibackend

Hakimi ilin ən yaxşı ərəb idmançısı seçildi

PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2022-ci ilin ən yaxşı ərəb idmançısı seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı oyunçu dünən Ər-Riyadda keçirilən Joy Awards mərasimində nüfuzlu mükafata layiq görülüb. Futbolçu tədbirdə anası ilə birlikdə iştirak edib.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Hakimi Mərakeş millisi ilə birgə turnirin yarımfinalına çıxıb və bu mərhələdə Fransaya uduzub (0:2).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*