Hamamını təmir etdirdi, tükürpədici gizli otaq tapdı – FOTObackend

Hamamını təmir etdirdi, tükürpədici gizli otaq tapdı - FOTO

ABŞ-da mənzillərin birində cakuzinin altında gizli otaq tapılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qəribə olay Miçiqanda baş verib.

Heyli və Trevor Gilmartin ailəsinin ABŞ-ı Kanadadan ayıran Huron gölünün yaxınlığındakı evində hamamın altında tapılan tükürpədici otaqda altı metr dərinlikdə tunel də aşkar edilib. Hesab edilir ki, bu tunel Kanadadan ABŞ-a qaçaqmalçılıq yolu ilə alkoqol keçirmək üçün istifadə edilib.

Gizli keçid köhnə cakuzini təmir edərkən üzə çıxıb. Tunel birbaşa Huron gölünə çıxır.

Qaranlıq, beton divarlı otaq demək olar ki, boşdur. Gilmartin ailəsi otağın tunel sisteminə bağlı olduğunu deyir. Sonradan məlum olub ki, bir neçə qonşunun da evlərinin altında oxşar tunellər var.

Bir əsr əvvəl Huron gölü və onun qolu olan Sent Kler çayı qadağa zamanı sərhəddən spirt daşımaq üçün qaçaqmalçılar tərəfindən istifadə edilən “arteriya” olub. Mütəxəssislərin hesablamalarına görə, qaçaqmalçılığın 75 faizə qədəri bu sahənin payına düşür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*